İlin ilk Ay tutulması hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu, tam Ay tutulması olub.
Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də sona çatıb. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınıb.
Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olub.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğundan təbii hadisə Azərbaycanda müşahidə edilməyib.