Güclü küləkdən iki nəfər xəsarət alıb

Güclü küləkdən iki nəfər xəsarət alıb

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yaralananlar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.