Mübariz
Özgələrinin hesabına rahat həyatlarını təmin edən ermənilər bütün dünyadan narazılıqlarını ortaya qoyublar
“Hraparak” nəşrinin baş redaktoru, Ermənistan parlamentinin spikerinin qaynanası Armine Ohanyan “Biz gücsüz, onlar duyğusuzdurlar” başlıqlı yazısında dünyanın super güclərini, beynəlxalq təşkilatları və ABŞ-ın Ermənistandakı səfiri Andrea Viktorini sərt “tənqid” atəşinə tutub. Baş redaktorun iddialarına görə xarici ölkələr və beynəlxalq təşkilatlar onların təxribatlarını həm siyasi cəhətdən dəstəkləməli, həm də lazım olanda hərbi yardım göstərməlidirlər. Məqalədə bildirilir ki, Ermənistan rəsmiləri ABŞ-ın səfiri ilə demək olar ki, hər gün görüşüb və ondan dəstək istəyib, məsləhətlər alıblar. İnanıblar ki, səfirin ölkəsi çətin durumda haylara hərtərəfli yardım əli uzadacaq.
Azərbaycanın suveren hüquqları çərçivəsində apardığı bir günlük lokal antiterror tədbirlərinə cavab olaraq Ermənistanda təlimdə olan ABŞ hərbçilərinin separatçılara niyə kömək etmədiyi kimi sərsəm fikirlər ortaya qoyan Armine Ohanyan öz sualına özü cavab tapıb. O vurğulayıb ki, haylar zəif, amerikalılar isə mənən yoxsul və duyğusuzdurlar. O, ABŞ səfirinə bundan sonra xüsusi ehtiram göstərilməyəcəyini də diqqətə çatdırıb.
Armine Ohanyanın yazdıqlarından belə qənaət hasil olur ki, dünyanın ermənilərə borcu var…