Əfqanıstanda güclü zəlzələ

Əfqanıstanda güclü zəlzələ

Əfqanıstanda zəlzələ olub.

6,3 bal gücündə zəlzələ qonşu Pakistanın bir sıra bölgələrində, həmçinin İslamabad, Pişəvər və Lahorda da hiss edilib.

Yeraltı təkanlar Pəncab, Xeybər Paxtunxva və Azad Cammu və Kəşmirin (AJK) bir sıra bölgələrində də hiss olunub.
Pakistan Meteorologiya İdarəsinin (PMD) məlumatına görə, dərinliyi 213 km olan zəlzələnin episentri Hinduquş bölgəsidir.