Daşkəsəndə güclü qar yağıb

Daşkəsəndə güclü qar yağıb

Fevralın 24-də Daşkəsən rayonuna güclü qar yağıb. Hazırda rayon ərazisində intensiv qarın yağması və şaxtalı hava şəraiti davam edir.

Yağan qarın qalınlığı Daşkəsən şəhərində 35-40 santimetr, daha yüksəklikdə yerləşən dağ kəndlərində 55-60 santimetrə çatıb.

Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev – Vüqarlının yeniazerbaycan.com-a verdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq şəhərarası yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizləməsi işləri aparılır, qum-duz qarışığı səpilir.

Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmayıb.

Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.