Bakı şəhər Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
BMW və “Hyundai Santa Fe” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” aşıb.
Hadisə yerindəki vətəndaşların köməyi ilə avtomobili təkərləri üzərinə çevirmək mümkün olub.
Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.