Bakı metrosunda 70 yaşlı sərnişin vəfat edib

Bakı metrosunda 70 yaşlı sərnişin vəfat edib

Bu gün səhər "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarın maşinisti saat 06:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib. 

"Bakı Metropoliteni" QSC-dən AZƏRTAC-a bildirilib ki, dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib. 

Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.