Astarada 31 yaşlı kişini avtomobil vurub

Astarada 31 yaşlı kişini avtomobil vurub

Astarada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Astara rayonu ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili rayonun Səncərədi kənd sakini 1992-ci il təvəllüdlü Ramil Nağdəli oğlu Məmmədlini vurub. Xəsarət alan R.Məmmədli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. 

Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.