Ağsu rayonu ərazisində yük avtomobili aşıb, sürücü ölüb

Ağsu rayonu ərazisində yük avtomobili aşıb, sürücü ölüb

Oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində “Forland” markalı yük avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Məmmədov Anar Bəxtiyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.