Ağdamda minaatan qurğular aşkarlanıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Ağdamda minaatan qurğular aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.