Ağdamda kəllə sümüyü aşkarlanıb, prokurorluq araşdırmalara başlayıb

Ağdamda kəllə sümüyü aşkarlanıb, prokurorluq araşdırmalara başlayıb

Ağdamda bir ədəd kəllə sümüyü aşkarlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkarlanması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.