Dünyada "ASAN xidmət" mərkəzləri əsasında 800 milyondan çox vətəndaşa xidmət göstərilir

Dünyada "ASAN xidmət" mərkəzləri əsasında 800 milyondan çox vətəndaşa xidmət göstərilir

Hazırda "ASAN xidmət" modeli 50-dən çox ölkə ilə paylaşılmaqdadır. Müxtəlif ölkələrdə 600-dən çox "ASAN xidmət" mərkəzi 800 milyondan çox vətəndaşa

xidmət göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət” və BMT-nin Bakıda baş tutacaq birgə beynəlxalq sammiti ilə bağlı keçirilən brifinqdə deyib.