Gəncədə Avropa Gənclər Festivalı keçiriləcək

Gəncədə Avropa Gənclər Festivalı keçiriləcək

Gəncədə “Avropa Gənclər Paytaxtı-2016” layihəsi çərçivəsində yerli və beynəlxalq tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, plana uyğun olaraq Gəncədə sentyabrın 29-dan oktyabrın 3-dək Avropa Gənclər Festivalı adlı beynəlxalq tədbir keçiriləcək.
Tədbirdə dövlət rəsmiləri ilə bərabər, Avropa Gənclər Forumunun prezidenti və baş katibi, o cümlədən Avropanın aparıcı gənclər təşkilatlarının rəhbərləri iştirak edəcək.