ABŞ hərbçilərinin Özbəkistanda yerləşdirilməsi planlaşdırılmır.
yeniazerbaycan.com xəbər verir ki, bu barədə Özbəkistan XİN rəhbəri Abdüləziz Kamilov bildirib.
"Bu məsələ gündəlikdə dayanmır və müzakirə edilmir", - deyə o, Minskdə jurnalistlərə Amerika KİV-in müvafiq nəşrlərini şərh edərkən bildirib.
Bundan əvvəl “Politico” nəşri bildirmişdi ki, ABŞ Özbəkistanla orada əks-terrorçu qüvvələrin yerləşdirilməsi imkanları barədə danışıqlar aparır. Qəzetin yazdığına görə, Pentaqonun nümayəndələri gələn ay bu mövzunu müzakirə etmək üçün Özbəkistana səfər etməyi planlaşdırırlar.