Heydər Əliyev Fondu ADNA-da baş vermiş faciədə həlak olanların hər birinin ailəsinə 15 min, ağır xəsarət alanların hər birinə isə 5 min manat ayırıb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı faciə zamanı doğma insanlarını itirən ailələrə başsağlığı göndərib, bu sarsıntını onlarla birgə yaşadığını qeyd edib, həlak olanlara rəhmət diləyib. Mehriban xanım Əliyeva hadisə zamanı xəsarət alan və müxtəlif tibb müəssisələrində müalicə kursu keçən yaralıların səhhəti ilə də maraqlanıb.
Faciəli hadisə ilə əlaqədar yardım göstərilməsi məqsədilə həlak olanların hər birinin ailəsinə Heydər Əliyev Fondu tərəfindən 15 min manat, ağır xəsarət alanların hər birinə isə 5 min manat məbləğində pul vəsaiti ayrılıb.