İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxış edən Pakistan Prezidenti Arif Alvi Azərbaycanı Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbrik edib.
“Bu fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək istərdim. Onun bu işə töhfəsini çox yüksək qiymətləndirirəm”, - deyə Alvi bildirib.