Kamran İmanov ordenlə təltif edilib

Kamran İmanov ordenlə təltif edilib

Prezident İlham Əliyev Kamran İmanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

yeniazerbaycan.com AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Sultan oğlu İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.