Ermənilər tərəfindən törədilən Xocalı soyqırımı İKT rəhbərliyinin daim diqqət mərkəzindədir

Ermənilər tərəfindən törədilən Xocalı soyqırımı İKT rəhbərliyinin daim diqqət mərkəzindədir
Ermənilər tərəfindən  törədilən Xocalı soyqırımı İslam Konfransı Təşkilatı (İKT) rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu sözləri jurnalistlərə dünən İKT-nin baş katibinin müavini İzzət Kamil Müfti deyib. İKT-nin rəsmisi bildirib ki, təşkilat Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərini işğal etməsi faktından xəbərdardır. Azərbaycanın bizə əziz olan torpaqlarının işğalı İKT-nin bütün toplantılarında müzakirə mövzusudur. Biz Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq.