Azərbaycanın Qırğızıstandaki səfiri dəyişdi

Azərbaycanın Qırğızıstandaki səfiri dəyişdi

Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Bu barədə  yeniazerbaycan.com dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

 

Prezident İlham Əliyevin digər sərəncamı ilə Lətif  Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.