Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar olaraq 33 saylı Xətai I seçki dairəsində hazırlıq prosesi uğurla davam edir. Bu barədə secki-2020.az saytına dairə seçki komissiyasının (DSK) sədri Əlibaba Bayramov məlumat verib.
O bildirib ki, Mərkəzi Seçki Komissiyasından (MSK) verilən təlimata uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı əsasında bütün zəruri işlər həyata keçirilir: “Hazırda dairə üzrə 16 namizəd qeydə alınıb və artıq namizədlərin qeydiyyat prosesi tam başa çatıb. Hazırda məntəqələr üzrə veb-kameraların təkrar yoxlanışı həyata keçirilir. İndiyə qədər neqativ halla qarşılaşmamışıq”.
Ə.Bayramov qeyd edib ki, 33 saylı Xətai I seçki dairəsinə 39 məntəqə daxildir, bütün məntəqələr lazımi avadanlıqlarla tam təchiz edilib.
DSK sədri əlavə edib ki, 33 saylı Xətai I seçki dairəsində seçicilərin sayı 48 min 467 nəfərdir.