Goranboyda avtomobillər toqquşub

Goranboyda avtomobillər toqquşub

Goranboy rayonunun Rəhimli kəndində iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "Ford" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində "Hyundai" sürücüsü, 1987-ci il təvəllüdlü Cəsarət Həsənov, 1993-cü il təvəllüdlü Orxan Məmmədli, 1965-ci il təvəllüdlü Mirvari Məmmədova, 1984-cü il təvəllüdlü Leyla Əlizadə və 12, 11, 3 yaşlı uşaqlar xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.