Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsi ilə “Sahil” metrostansiyası arasında hərəkət edən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.