Yaponiyanın Oqasavara adalarında 7,0 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Zəlzələ Tokiodan 1000 kilometr aralıda baş verib. Agentliyin məlumatına görə, sunami təhlükəsi yoxdur.
Oqasavara adaları Tokiodan 1200 kilometr cənubda yerləşir və ümumi əhalisi təxminən 2500 nəfərdir.
İtki və ya dağıntı barədə məlumat yoxdur.