Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirilmək istəyir

Almaniya Kansleri Fridrix Merts Cənub-Şərqi Asiya regionuna səfərinin ilk ünvanı olan Sinqapurda keçirdiyi görüşlərdə Avropa ilə Asiya ölkələri arasında iqtisadi və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Sinqapurun Baş naziri Lourens Vonq ilə görüşən Kansler iki ölkə arasında ticarət, investisiya, rəqəmsallaşma, süni intellekt, enerji və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib. Tərəflər qarşıdakı illər üçün birgə fəaliyyət planı da razılaşdırıblar.

F.Merts, həmçinin Avropa İttifaqı ilə Trans-Sakit okean tərəfdaşlığına üzv ölkələr arasında geniş ticarət sazişinin yaradılması təklifini irəli sürüb. Onun sözlərinə görə, Avropa və Asiya ölkələri arasında daha sıx əməkdaşlıq beynəlxalq ticarətin açıq və ədalətli qaydalar əsasında inkişafına töhfə verə bilər.

Görüşdə kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması sahələrində əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.

Oktyabrın sonunadək davam edəcək səfər çərçivəsində F.Mertsin Yaponiya və Cənubi Koreyada da olacaq. Səfərin əsas məqsədi Almaniyanın region ölkələri ilə iqtisadi və təhlükəsizlik əlaqələrini daha da möhkəmləndirməkdir.

Kanslerin bu səfəri ilə eyni vaxtda Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də Çinə səfər edib.