Slavik Alxasov “Araz-Naxçıvan”ı tərk edib

“Araz-Naxçıvan" klubu futbolçusu Slavik Alxasovla yollarını ayırıb.

Bu barədə AZƏRTAC-a Naxçıvan təmsilçisindən məlumat verilib.

Müdafiəçi ilə bağlanmış müqaviləyə öz xahişi əsasında xitam verilib.