Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb
24.04.2025 [18:33]
Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransının – “Space Technology Conference” (STC2025) ilk günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransın birinci günü “Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi”, “Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu” və “Kosmik sənayedə innovasiya və investisiyalar” mövzusunda panel sessiyalar keçirilib. Tədbir 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirib. Konfransa Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan nümayəndələr qatılıb.
Qeyd olunub ki, konfransın məqsədi Mərkəzi Avrasiya regionunda və ümumilikdə dünyada kosmik texnologiyalar sahəsində əməkdaşlığı gücləndirmək, innovasiyaları təşviq etmək və kosmosun qlobal iqtisadiyyatda artan roluna dair müzakirələr aparmaqdır.
Bu il tədbirdə 420-dən çox nümayəndə, o cümlədən kosmik agentliklərin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri və beynəlxalq ekspertlər bir araya gəlib. İki gün ərzində 200-dən artıq ikitərəfli görüş, 50 spikerin çıxışı, 21 sərgi və 8 müxrəlif sessiya vasitəsi ilə iştirakçılar kosmos sahəsində bilik, təcrübə və trendləri paylaşacaq.
Tədbirin açılış nitqində “Azərkosmos” İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov bildirib ki, STC2025 sadəcə bir konfrans deyil - bu, dialoqun hərəkətə keçdiyi, tərəfdaşlıqların formalaşdığı və kosmosun gələcəyinin birgə dizayn olunduğu bir platformadır. STC2025 Azərbaycanı regionda kosmik texnologiyalar sahəsində bilik mübadiləsinin və strateji tərəfdaşlıqların mərkəzinə çevirərək ölkəmizin bu sahədə artan rolunu bir daha nümayiş etdirir.
Tədbirin açılışında kosmosun sadəcə bir vasitə deyil, elm və siyasət, sənaye və innovasiya, qlobal baxış və yerli fəaliyyət arasında bir körpü olduğu vurğulanıb. Bildirilib ki, Bakı artıq kosmik tədbirlərin mərkəzi olaraq 2023-cü ildə Beynəlxalq Astronavtika, COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti, STC kimi regional tədbirlər sayəsində beynəlxalq görüşlərin, tərəfdaşlıqların, ortaq strategiyaların qurulduğu məkana çevrilib.
Xatırladaq ki, ötən gün Bakıda Türk Dövlətləri Təşkilatının üzvləri – Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və müşahidəçi üzvləri – Macarıstan və Türkmənistanın kosmik agentlik rəhbərlərinin 4-cü toplantısı keçirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

