Xalqa layiqli xidmət andı
16.02.2024 [11:17]
2003-cü ildən bəri ötən 20 ildə Azərbaycanın keçdiyi yol keşməkeşli olsa da bu qısa, lakin əsrə bərabər dönəm qürur, şərəf tarixi adlandırılmağa layiqdir. Zaman baxımından göz qırpımı qədər ani olan 20 il ərzində Azərbaycanın və azərbaycanlıların milli-ictimai statusu, fundamental islahatlar və quruculuq işləri ilə ölkənin mənzərəsi, həyat səviyyəsi dəyişmiş, iki əsrin ağır yükündən xilas olunmuşdur. Məhz bu illərə möhürünü vurmuş hadisələr nəticəsində son 200 ildə əldə edilməsi mümkün olmayan, bəzən isə xəyal edilməsi belə çətin olan nailiyyətlər qazanılmışdır. Bu qazanılan nailiyyətlərin isə bir memarı, bir Lideri olmuşdur: cənab İlham Əliyev. Çiynində qanlı-qadalı Vətən müharibəsi, sinəsində şəhid ağrıları, azad edilmiş şəhərlərin, kəndlərin adlarını rahat, arxayınlıqla elan edə-edə, illərdən bəri donub-daşlaşmış milli ruhu, bütün Azərbaycanı silkələyib oyadan cənab Prezident İlham Əliyev.
14 fevral 2024-cü ildə həmin Müzəffər Ali Baş Komandan xalqın ona bir daha göstərdiyi etimadı yüksək dəyərləndirərək and içirdi. And içirdi ki, bundan sonra da xalqa ləyaqətlə xidmət edəcək, xalqın onun üzərinə qoyduğu vəzifəni şərəflə yerinə yetirəcəkdir.
Əslində bu andiçmə mərasimi həm də böyük bir tarixi dönəmin hesabatı idi. Hesabatın əsas tezislərində bir xətt daha çox vurğulanırdı: bütün mübarizənin kökündə milli-mənəvi dəyərlərə sədaqət, xalqa xidmət, azərbaycançılıq ideologiyasına sədaqət.
Cənab İlham Əliyev bildirdi ki, istər daxili siyasətdə, istərsə də xarici siyasətdə ulu öndər Heydər Əliyev kursuna sədaqət bu gün əldə edilmiş nailiyyətlərin əsasını təşkil etmiş, Azərbaycan bu müddətdə dünya birliyində öz layiqli yerini tutmuşdur.
Bu illər ərzində milli iqtisadiyyat uğurla inkişaf etmiş, bunun nəticəsi olaraq Azərbaycanın xarici amillərdən asılılığı tamamilə aradan qaldırılmışdır. Sosial sahə də uğurla inkişaf etmiş, pensiya və əmək haqları artmış, çoxlu sayda iş yerləri açılmışdır. Ölkədə investisiyalar üçün əlverişli mühit yaradılıb, investisiyaların əksəriyyəti daxili vəsaitlərdir. Biznes mühitinin yaxşılaşdırılması üçün islahatlar davam etdirilir, inhisarçılığa qarşı tədbirlər görülmüş və görülməkdədir.
44 günlük Vətən müharibəsində qazanılan qələbəni Azərbaycan xalqının əyilməz ruhunun təcəssümü kimi xarakterizə edən cənab Prezident bu qələbənin xalqın yumruq kimi birləşməsinin, Azərbaycanın igid oğullarının Vətən uğrunda ölümün gözünə dik baxmağın simvolu adlandırmışdır.
Ölkə başçısı qeyd etmişdir ki, bundan sonra yeni dövrə qədəm qoyan Azərbaycan yeni çağırışlar və yeni hədəflər qarşısındadır. Bu hədəflər ilk növbədə vətəndaş cəmiyyətinin inkişafı, xarici təhdidlərə qarşı mübarizə, ordunun gücləndirilməsi, iqtisadiyyatın inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yaxın illərdə 140 min nəfər məcburi köçkünün doğma yurd-yuvalarına qaytarılmasıdır.
Cənab Prezident qeyd etdi ki, Ermənistanda qisas arzusunda olan revanşist qüvvələr hələ də qalmaqdadır. Ona görə də Azərbaycan bundan sonra da ordusunu gücləndirməyə davam edəcək və istənilən vaxt potensial təcavüzkarın "ağlını başına gətirməyə" hazırdır.
Xarici təhdidlərə qarşı mübarizə üçün ilk növbədə xalqın sarsılmaz birliyinin vacib olduğunu qeyd edən cənab İlham Əliyev böyüməkdə olan nəsli vətənpərvərlik və milli dəyərlər ruhunda yetişdirməyə çağırdı.
Vətəndaş cəmiyyətinin formalaşdırılması üzrə addımlar atmağa çağıran cənab Prezident qeyd etdi ki cəmiyyətin birliyi böyük əhəmiyyət kəsb edir: “İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.”
Xalqa və xalq-dövlət birliyinə arxalanaraq həyata keçirməyi nəzərdə tutduğu hədəflərə çatmaqda öz Liderimizə - cənab Prezident İlham Əliyevə uğurlar diləyir və bu mübarizədə onun əsgəri olmaqdan şərəf duyuruq.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30

