Vətən müharibəsindəki qələbəmiz xalqımızın qəhrəmanlıq salnaməsidir
06.11.2023 [14:38]
“2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altında olan tarixi torpaqlarımız azad olundu, həmin ərazilərimiz düşmən əsarətindən qurtarıldı. Bu zəfərimizin sayəsində ərazi bütövlüyümüz bərpa edildi və bu qələbə tariximizə qəhrəmanlıq salnamısi kimi daxil oldu. Şanlı tariximizə 44 günlük Vətən müharibəsi adı ilə daxil olan haqq uğrundakı savaşımız, əslində dünyada sülhün və ədalətin zəfər çalmasının təntənəsi idi”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi. Onun sözlərinə görə Azərbaycan Ordusu tarixi qələbəsinə imza atmaqla 30 ilə yaxın erməni təcavüzkarlarının işğalına, etnik təmizləmə, vandalizm əməllərinə məruz qalan ata-baba yurdumuzu əsarətdən xilas etdi. Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə ən ali beynəlxalq tribunalarındakı çıxışlarında bəyan edirdi ki, Azərbaycan tarixi torpaqlarını güzəştə getməyəcək, işğaldan azad edəcək və ərazi bütövlüyümüz bərpa ediləcək: “Artıq qüdrətli Azərbaycan öz tarixi, əbədi və əzəli torpaqları uğrunda mübarizə və müharibə apararaq ərazi bütövlüyünü bərpa edib. Xüsusilə vurğulamaq lazımdır ki, dövlətimiz və xalqımız bu müharibəni ləyaqətlə aparıb və zəfər çalıb. İşğalçı Ermənistan dövlətinin Vətən müharibəsi zamanı çoxsaylı müharibə cinayətləri törədərək, cəbhəboyu ərazilərdən uzaq məsafələrdə yerləşən dinc vətəndaşlarımızın yaşadığı şəhər və kəndləri raket atəşinə tutması və onları öldürməsi ermənilərin əsl xislətini bir daha ortaya qoyur. Azərbaycan dövləti isə müharibədən öncə aparılan sülh danışıqlarında olduğu kimi, müharibə zamanı və post müharibə dövründə də beynəlxalq hüquq normalarına uyğun davranıb, heç bir mülki şəhər və ya infrastruktur obyekti hədəf olaraq seçilməyib”.
Rayon təşkilatının sədrinin fikrincə, Vətən müharibəsində düşmən, eləcə də onun havadarları, bütün dünya dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyini və qüdrətini gördü. Düşmən və onun havadarları anladı ki, Azərbaycan dövlətinin və xalqının iradəsini heç bir qüvvə sındıra bilməz. Vətən müharibəsində əldə olunmuş qələbə üçün canını fəda etmiş, bizlərə bu sevinci yaşadan qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla və minnətdarlıqla anırıq: “Tarixi zəfərimizin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə 8 noyabr – Şuşa şəhərimizin işğaldan azad olunduğu gün hər il ölkəmizdə Zəfər Günü kimi yüksək səviyyədə qeyd edilir. Sərəncamda da qeyd edildiyi kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən mühüm amillər oldu. Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalaması isə tariximizə dərin hörmət və şəhidlərimizə ehtiram hissindən qaynaqlanır”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

