Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi
26.09.2023 [16:27]
Vüsal Hüseynov-YAP Xocavənd rayon təşkilatının sədri
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı 44 gün davam edən Vətən müharibəsində Ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti ermənilərin və onların havadarlarının məkrli siyasətinə son qoyuldu:
Heç bir kənar təzyiqlərə, təhdidlərə və digər amillərə baxmayaraq Azərbaycan döyüş meydanında işğalçı Ermənistan üzərində tarixi bir Qələbə qazandı. Tarixi ədalət bərpa olundu və Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. Şanlı Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymadı. Bu gün Azərbaycan xalqı tarixi Qələbəni bizə bəxş edən müzəffər, qəhrəman əsgər və zabitlərimizi qürur mənbəyimiz kimi yad edir. Qəhrəman oğullarımızın şücaəti, vətən, torpaq, ərazi bütövlüyümüz naminə fədakarlığı artıq dastana çevrilib. 27 Sentyabr Anım Günündə də bütün xalqımız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət etsin. Onların canı, qanı bahasına bu gün torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır.
ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyətində heç bir müsbət məqam mövcud deyildi. Bu təşkilat problemin həllinə yox, dondurulmasına çalışıb. Ona görə də bu illər ərzində aparılan danışıqların heç bir nəticəsi olmayıb. Çünki Minsk qrupu işğalçıya və işğala məruz qalan tərəfə eyni münasibət sərgiləyib. Mövcud münaqişənin həlli ilə bağlı qəbul olunmuş beynəlxalq qətnamələr sadəcə olaraq kağız üzərində qalıb. Azərbaycan isə hər zaman olduğu kimi bu 30 ildə də beynəlxalq hüquqa olan münasibətini nümayiş etdirib və danışıqlar yolu ilə münaqişənin həllinə çalışıb. Amma Ermənistan tərəfi bu illər ərazində işğalçı siyasətini davam etdirib. 2016-cı il Aprel və 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq ona öz gücünü göstərib. Buna baxmayaraq Ermənistan bu döyüşlərdən aldığı zərbələrdən dərs çıxarmayaraq növbəti təxribatlara əl atıb. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribatı ilə Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri atəşə tutuldu. Ermənistanın təxribatının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əks hücum əməliyyatına başladı 44 gün davam edən Vətən müharibəsindəki tarixi qələbə ilə başa çatdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladı. Bu, əslində, Ermənistanın kapitulyasiyası idi.
Bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə də birdəfəlik son qoyuldu. Müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Prezident İlham Əliyev regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış edib. Müharibənmin bitməsindən dərhal sonra Azərbaycan Ermənistana 5 bənddən ibarət sülh müqaviləsi təklif edib. Eyni zamanda Moskva və Brüssel formatlarından hər iki tərəf mühüm görüşlər keçirib, razılaşmalar əldə edilib. Amma buna baxmayaraq Ermənistan hələ də öz üzərinə götürdüyü öhdəlikləri icra etmək istəmir. Ermənistan tərəfi 10 noyabr 2020-ci il razılaşmasının müddəalarında nəzərdə tutulmuş kommunikasiya xəttlərinin açılması, Zəngəzur dəhlizinin işə düşməsi kimi regional və qlobal miqyaslı layihənin yubanması üçün cəhdlər edir. Bu gün Ermənistanda olan revanşist qüvvələr hələ də köhnə xülyalara qapılaraq Azərbaycan qarşı təxribatlar fonunda nəsə əldə etmək niyyətinə düşür. Amma 12-13 sentyabr hadisələri göstərdi ki, Ermənistanın hər bir təxribatı ona daha böyük fəlakətlər gətirə bilər. Ona görə də, Ermənistanın yeganə çıxış yolu Azərbaycanın sülh təklifləri ilə razılaşmaqdan ibarətdir. Əks halda olacaq bütün hallar Ermənistan üçün fəlakətə səbəb ola bilər. Regionda sülh və təhlükəsizliyin təminatı üçün Azərbaycan sarsılmaz mövqe sərgiləyir. İnanırıq ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu bölgədə daimi sülhə və təhlükəsizliyə nail olmaq mümkün olacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

