Radikalların mürtəce siması...
18.09.2023 [15:26]
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu siyasi sistemin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Bu, cəmiyyətdə yeni çağırışların, sosial-siyasi tələblərin fonunda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfədir.
“Siyasi partiyalar haqqında” yeni Qanuna müvafiq olaraq siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət tərəfindən təsdiq edilməsi radikal cəbhə və sağlam düşüncə arasında necə dərin bir uçurum olması reallığını bir daha üzə çıxardı. “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonra özünü “ana müxalifət” sayanların təşvişi xüsusi diqqət çəkməyə başlayıb. Radikallar yeni Qanunun “mürtəce xarakter daşıması” kimi çoxsaylı savadsız və məntiqsiz iddialar irəli sürürdü. Qeydiyyat prosesinin gedişatında isə radikalların “narahatlığının” əslində öncədən bəlli olan real mahiyyəti üzə çıxdı. Bir daha aydın oldu ki, əslində bu qaralama kampaniyasının təməlində antimilli dairələrin reallıqla üz-üzə qalmaq qorxusu dayanırmış.
Radikalları yeni Qanunda ən çox qorxudan amil isə məhz 5 min tərəfdarların imzalarının toplanması olub. 5 min imza məsələsi bəzi partiyaları ifşa və məyus etdi. Yeni Qanunun qüvvəyə minməsi nəticəsində Azərbaycan ictimaiyyəti bəzi ambisiyalı partiyaların həqiqətdə hansı potensiala malik olduqlarına şahidlik etdi. Bu partiyalar illər ərzində heç bir əsaslı iş görmədikləri üçün adi hüquqi və inzibati proseduralardan keçmək belə çətinlik çəkirlər. Ona görə də sıradan bir inzibati prosedurdan keçməkdə çətinlik çəkən partiyalar heç bir halda bütün xalqın adından danışa bilməz.
Yeni Qanunla əlaqədar iqtidarın ünvanına böhtanlar səsləndirən partiyaların nümayəndələri qeydiyyatdan sonra heç nə olmamış kimi davranırlar. Əlbəttə ki, dialoqdan boyun qaçıranlardan hər hansı bir siyasi mədəniyyət gözləmək sadəlövhlükdür. Ötən aylar ərzində radikallar israrla ictimaiyyəti inandırmağa çalışırdılar ki, yeni Qanunun əsas təyinatı bilavasitə onların fəaliyyətinin dayandırılması ilə bağlıdır. İddiaları təsdiqini tapmadı. Demokratik siyasi mədəniyyət tələb edir ki, bütün bu cür davranış, qərəzli yanaşma və sonsuz sayda olan böhtanlara görə həmin partiya rəhbərləri mütləq olaraq xalqdan və iqtidardan üzr istəsinlər.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25

