Fransanın “qara üzü”
05.07.2023 [11:39]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Son zamanlar Fransada baş verənlər, ölkədə artan xaos, proseslərin nəzarətdən çıxması, aksiya iştirakçılarına, media nümayəndələrinə qarşı sərt davranış və şiddət prezident Emmanuel Makronun artıq diktatorlara xas olan xüsusiyyətlərini açıq göstərir. Bu günlərdə Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı zorakılıq da fundamental insan hüquq və azadlıqlarının vacib tərkib hissəsi sayılan söz və ifadə azadlığına qarşı təzyiq idi.
Makronun siyasətində türkofobiya, azərbaycanofobiya və islamofobiya açıq görünür. Onun bu günlərdə Daşnaksütyun partiyasının büro üzvü, Fransa erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri, kriminal kimliyi ilə məşhur olan Murad Papazyana hesabat verməsi erməni millətçilərinin əlində alət olduğunu bir daha sübut etdi. Bu, Fransa rəhbərinin 44 günlük müharibə və müharibədən sonrakı dövrdə öz çirkin məqsədlərinə nail ola bilmədiyini təsdiqləyir. Belə ki, Fransa Prezidenti Makron etiraf edir ki, sülh danışıqlarında Azərbaycana təzyiq göstərməyə çalışsa da buna gücü çatmayıb. Belə ki, Prezident İlham Əliyev beynəlxalq siyasi arenada Azərbaycanın milli maraqlarını ardıcıl müdafiə edib və qoruyub, heç bir təzyiqi qəbul etməyib. Yəni, Makron da Azərbaycan Prezidenti qarşısında aciz olduğunu etiraf edir.
Məsələ ilə əlaqədar Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Fransa prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib. Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirməsi Fransa prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun, müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir. Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda E.Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətini daha da genişləndirməsinə rəvac verir.
Yaxşı olardı ki, Makron daha çox öz ölkəsinin daxili problemlərinə diqqət yetirsin. Əlcəzair əsilli gəncin polis tərəfindən qətlə yetirilməsi Fransanın imperialist, müstəmləkəçi siyasətinin davamı hesab oluna bilər. Bu ölkə onillərlə müstəmləkə altında saxladığı, soyqırımı törətdiyi xalqlara qarşı eyni siyasəti hələ də davam etdirməkdədir. Bütün bu zorakılıqlar dünyanın sülhpərvər, demokratik cəmiyyətlərini ciddi şəkildə narahat edir. O cümlədən, Azərbaycanın Xarici İşlər Nazirliyi Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
Beləliklə, baş verən xoşagəlməz hadisələri özünü demokratiyanın beşiyi hesab edən Fransanın “qara üzü” hesab etmək olar. Ona görə də, bu ölkənin rəhbərliyi başqalarına insan hüquqları və demokratiya dərsi keçmək əvəzinə bəşəri dəyərlərə hörmət etsin, insanlara qarşı zorakılıq törətməsin.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16

