Güclü ordu, qətiyyətli iradə
03.07.2023 [11:24]
Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinin açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev ölkəmizdə həyata keçirilən müasir ordu quruculuğu haqqında geniş məlumat verdi. Vətən müharibəsindən sonra da ordu quruculuğu uğurla həyata keçirilir. Yeni silahların alınması üçün yeni müqavilələr imzalanır və yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi prosesi gedir. Bir sözlə, ordumuzun daha da gücləndirilməsi üçün kompleks tədbirlər görülür.
Komando hərbi hissəsinin açılış mərasimində ölkə başçısı mövcud Azərbaycan-Ermənistan münasibətlərinə də diqqət çəkərək bir sıra ciddi mesajlar səsləndirdi. Ölkə başçısı bildirdi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm ölkəmizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Təbii ki, sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır.
Prezident cənab İlham Əliyev hərbçilər qarşısında çıxış edərkən bir daha xatırlatdı ki, Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Azərbaycan ədalətli sülhün tərəfdarıdır və ölkəmizin şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, Azərbaycanın haqlı tələbidir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürüb. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Azərbaycanın digər şərti odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü, lakin icra etmədiyi öhdəliklərdən biridir.
Ermənistanda unutmamalıdırlar ki, zaman və beynəlxalq hüquq Azərbaycanın mövqeyini gücləndirir. Bir sözlə, bu gün güc Azərbaycanın tərəfindədir. Son iki il yarım ərzində Azərbaycan bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücünü göstərib. Bu Ermənistana bir siqnal olmalıdır ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq.
Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azad edilmiş torpaqlarda bu gün geniş quruculuq işləri həyata keçirilir. Azərbaycan dövləti keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarır. Azərbaycan artıq Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibdir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35

