Dövlət quruculuğunda tarixi ənənə
25.06.2023 [11:11]
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə göstərdiyi misilsiz xidmətləri onu tarixdə və yaddaşlarda əbədiyaşar etmişdir. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Ulu Öndərin tarixi missiyasının ən parlaq dövrü 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlamışdır. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı üçün, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürürdü. Vəziyyətin günü-gündən daha da gərginləşməsi ölkənin o dövrdəki rəhbərliyini Dahi siyasətçini Bakıya dəvət etməyə məcbur etdi. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının təkidli tələbilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildiyi ilk gündən etibarən vəziyyəti olduğu kimi xalqa çatdırmaqla ölkədəki İctimai-siyasi gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görməyə başladı. 1993- cü ilin iyun ayında o zamankı Prezident Ə.Elçibəy heç kimə demədən Bakını tərk etmişdi. Onun şəhəri tərk etməsi dövləti çətin bir problemlə üz-üzə qoymuşdur. Həmin vaxt Ə.Elçibəyə müraciət olunsa da, o, yenidən prezident postuna qayıtmadı və özü prezident səlahiyyətlərini yerinə yetirməkdən imtina etmiş oldu. Ali Sovetin sədri vəzifəsində çalışan Heydər Əliyev onun geri qayıtması üçün çalısa da, buna nail ola bilmədi. Yaranmış mürəkkəb proseslərlə bağlı 1993-cü ilin iyunun 24-də Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Prezident səlahiyyətlərinin icrasına başlayan Heydər Əliyev gecə-gündüz bilmədən Azərbaycan dövlətçiliyini qorumağa, ölkəmizin başını almış qara buludları dağıtmağa başladı. Ulu öndər Heydər Əliyev deyirdi: “Xalq mənə ümid bəsləyir. Mən bu ümidi doğrultmalıyam”.
Bütün həyatını xalqına sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Beləcə, Heydər Əliyev canından artıq sevdiyi vətənini böyük bəladan xilas etməklə, Azərbaycanın müstəqilliyinin itirilməsinə imkan vermədi, Azərbaycanı boyük və işıqlı inkişaf yoluna çıxartdı. Ulu Öndər bütün dünyaya göstərdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşamağa qadirdir. Bu gün Müstəqil Azərbaycan Respublikası Heydər Əliyev ideyaları ilə yaşayır və Ulu öndərin dövlət quruculuğunda qoyduğu tarixi ənənə Ölkə başçımız, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən Azərbaycan xalqı ilə birgə uğurla həyata keçirilir.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

