İki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsi göz önündədir
23.06.2023 [10:51]
Məlum olduğu kimi, cari ilin iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri baş tutmuşdur.
Azərbaycan və Pakistan xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinə dərin hörmət və ehtiramla yanaşıblar. Azərbaycan və Pakistan arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri, yalnız hərbi, iqtisadi – strateji faydaya deyil, həm də, ənənəvi tarixi - mədəni köklərə əsaslanır. Azərbaycan və Pakistan xalqları daim tarixin ən çətin dönəmlərində dostluq, qardaşlıq nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda, bu siyasət ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.
Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Pakistan da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da ölkəmizə güclü dəstək göstərib. Pakistan ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Birgə bəyanat zamanı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bir daha bu məqamın üzərində dayanaraq demişdir: -“Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik”. Ölkə başçısı, cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını ifadə edərək Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəklədiyini qeyd etmişdir: - “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.
Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bu günədək də Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu dövlət kimi tanımayıb. Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Bakının müxtəlif yerlərində baxmayaraq ki, iki il yarım bundan öncə müharibə başa çatıb, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük. İnanırıq ki, dərin kökləri olan və xoşbəxt gələcəyə hesablanmış Azərbaycan-Türkiyə-Pakistan münasibətləri, dostluğumuz və qardaşlığımız bu gündən sonra da yüksələn xətt üzrə inkişaf edəcək.
Azərbaycanla Pakistan arasında mövcud dostluq, qardaşlıq əlaqələri möhkəm təməl üzərində qurulmuşdur. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcək.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

