Xalqın dəstəyinə arxalanan Lider
22.06.2023 [13:30]
Azərbaycan xalqı 1993-cü ilin may-iyun aylarında çox ciddi sınaqlarla üz-üzə qalmışdı. Ölkə vətəndaş müharibəsinin astanasında idi. AXC-Müsavat hakimiyyəti xalqı və ölkəni parçalanmaq, məhv olmaq həddinə gətirib çıxarmışdı. Belə ağır günlərdə xalq öz nicat yolunu Naxçıvanda yaşayan dahi şəxsiyyət Heydər Əliyevə müraciət etməkdə gördü. İnsanlar çox yaxşı anlayırdılar ki, xalqı və ölkəni mövcud bəlalardan məhz Heydər Əliyev xilas edə bilər. Təbii ki, xalq düzgün qərar vermişdi. Xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Bu təqvim müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü olaraq yazıldı. Bu əlamətdar hadisədən cəmi 9 gün sonra Ali Sovetin qərarı ilə Heydər Əliyev Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Çünki o vaxtkı Prezident ölkədə baş verən hadisələrə biganə yanaşaraq Bakını tərk etməklə faktiki olaraq prezidentlik səlahiyyətlərindən imtina etmişdi.
Ulu Öndər Heydər Əliyev Prezident səalhiyyətlərini icra etməyə başladıqdan sonra aparılan düşünülmüş siyasət nəticəsində ölkədə həyat öz axarına qayıtmağa başladı. İlk olaraq ölkə daxilində ictimai təhlükəsizlik bərpa olundu. Ölkənin müxtəlif hissələrində özləri üçün ayrıca “respublikalar” yaratdıqlarını elan etmiş separatçı şəxslərin qarşısı alındı və Azərbaycanın parçalanmaq təhlükəsi aradan qaldırıldı. Ölkədaxili vəziyyəti sabitləşdirən Ulu Öndər Heydər Əliyev Ermənistanın aktiv hərbi təcavüzünü dayandırmaq məqsədi ilə atəş müqaviləsinin imzalanmasına nail oldu. AXC-Müsavat hakimiyyəti qısa zaman ərzində qonşu ölkələrlə də münasibətləri korlamış, Azərbaycanın təklənməsi üçün şərait yaratmışdılar. Lakin Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi düzgün xarici siyasətlə həm qonşu ölkələr, həm də digər ölkələrlə münasibətlərin qurulmasını təmin etdi. İqtisadi cəhətdən tamamilə zəifləmiş ölkəyə xarici investorların cəlb edilməsi üçün işlər həyata keçirildi. Düzgün xarici siyasət nəticəsində Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmağa başladı. Nəticədə isə Azərbaycan iqtisadiyyatı canlanmağa başladı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində xalqın təhlükəsizliyi bərqərar oldu və insanların gündəlik həyatlarında irəliləyişə nail olundu. Bir sözlə, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Azərbaycan xalqı öz çətin günündə böyük oğlu Heydər Əliyevə müraciət etdi. Ulu Öndər də hər zaman xalqın dəstəyinə arxalanır, xalqdan güc alırdı. Zamanın ağır sınaqları göstərdi ki, Azərbaycanı məhz Heydər Əliyev kimi böyük siyasətçi qoruyub saxlaya bilər. Ulu Öndər öz ömrünü müstəqil Azərbaycana və xalqımıza həsr edərək xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirdi. Ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyev milli liderliklə siyasi liderlik keyfiyyətlərini özündə cəmləşdirmiş böyük siyasətçi olmuşdur. Belə hal isə bəşəriyyət tarixində nadir rast gəlinən haldır. Odur ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Zamanla keşməkeşli tarix yaşamasına baxmayaraq Heydər Əliyev kimi dahi şəxsiyyətinin olması xalqımızın xoşbəxtliyidir. Xalq və dövlət qarşısındakı misilsiz xidmətləri sayəsində Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarı adını qazanmışdır. Onun siyasi dəst-xətti və Prezident İlham Əliyevin Ulu Öndər siyasətinə sadiqliyi ilə müstəqil Azərbaycan bu gün Cənubi Qafqazın lider, dünyanın isə yüksək nüfuz sahibi olan dövlətinə çevrilib. Bugünkü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Odur ki, Azərbaycan xalqı var olduqca Ulu Öndər Heydər Əliyev də var olacaqdır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

