Ümummilli Liderin möhtəşəm əsəri
17.06.2023 [11:36]
İmişli rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyunun 15-də İmişli rayon Heydər Əliyev Mərkəzində YAP İmişli rayon təşkilatı “Heydər Əliyev – Qurtuluşdan qələbəyə” mövzusunda tədbir keçirib.
Əvvəlcə YAP İmişli rayon təşkilatının inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
İmişli rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. O qeyd edib ki, müasir Azərbaycan tarixinin parlaq səhifələri, heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin adı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən danışıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev qeyd edib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını Azərbaycanın tərəqqisinə və xalqın xoşbəxtliyinə həsr edib.
YAP Təftiş Komissiyasının üzvü Musa Musayev söyləyib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli dövlətçiliyin gücləndirilməsinə və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına misilsiz töhfələr verib, xalqımızın qəlbində əbədiyaşarlıq qazanıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev vurğulayıb ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndər tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının nəticəsidir. Onun zəngin dövlətçilik irsi çətin sınaqlar qarşısında xalqının milli-mənəvi dəyərlərini qoruyan mühüm amildir. O, hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu siyasi irsi uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Çıxış edən partiya veteranı Rizvan Vahabov və fəal gənc Kamran Səmədov bildirib ki, bugünkü Azərbaycan məhz ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Buna görə də müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ən möhtəşəm əsəridir.
Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı olub.
Xəbər lenti
Hamısına baxSosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42

