Laçının ermənilərə təhvil verilməsi məkrli siyasətin nəticəsi idi
05.06.2023 [10:33]
Azərbaycanda 1990-ci illərdə ayrı-ayrı təcrübəsiz qrupların bir-birini əvəz etməsi, siyasi oyunların gündəliyə çevrilməsi, vaxtında vahid komandanlıq altında ordunun yaranmaması torpaqların bir hissəsinin, o cümlədən Laçının işğalına gətirib çıxardı. Şuşanın xəyanət nəticəsində təhvil verilməsi artıq Laçının məğlubiyyətini qaçılmaz edirdi. Digər tərəfdən, rəsmi hakimiyyət müdafiə məsələlərinə ciddi diqqət yetirmirdi. AXC-Müsavat cütlüyünün xəyanətkar siyasəti sonda bir sıra bölgələrimizin, o cümlədən 18 may tarixində Laçının işğalına səbəb oldu.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşdə Laçının işğalını böyük faciə kimi qiymətləndirərək bildirmişdir ki, “bu AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur”.
Rəhbərliyin səriştəsizliyi və özbaşınalığı səbəbindən ölkə çətin günlərini yaşadı. Cütlüyün cəmi bir il hökm sürən hakimiyyəti dövründə ölkə anarxiya, xaos, hərc-mərcliklə üz-üzə qaldı. Qanunsuz silahlılar, quldur dəstələri meydan sulayırdılar. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatın reallığına çevrilmişdi. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın ağır fəsadlarını yaşayır, ölkə parçalanmaq üzrə idi.
AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövr Azərbaycan xalqına böyük fəlakətlər gətirdi. Ölkədə ağır iqtisadi vəziyyəti bir yana qoysaq, Ermənistanın ölkəmizə qarşı ərazi iddiası ilə çıxış etdiyi həssas bir məqamda iqtidarın başıpozuqluğu və səriştəsizliyi Azərbaycan xalqına baha başa gəldi. Ərazilərimiz işğal edildi. AXC-Müsavat cütlüyünün hakimiyyət dövrü Azərbaycan tarixinə ləkə kimi düşdü.
AXC-Müsavat cütlüyünün milli satqınlığı nəticəsində işğal edilmiş torpaqlarımız 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən işğalından azad edildi. Bu gün müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri nəticəsində düşmən işğalından azad edilən torpaqlar, o cümlədən Laçın şəhəri cənnətə çevrilibdir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09

