“Sosial kibertəhlükəsizlik və dezinformasiya” mövzusunda görüş keçirilib
24.05.2023 [15:34]
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən “Sosial kibertəhlükəsizlik və dezinformasiya” mövzusunda Nərimanov rayonunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri və kibertəhlükəsizlik üzrə nümayəndələri ilə bu sahə üzrə çalışan ekspertlərin birgə görüşünü və müzakirəsini əhatə edən görüş keçirilib.
Görüşün məqsədi kibertəhlükəsizlik, dezinformasiya və bunların insan hüquqlarına təsiri mövzusunda diskussiyanı təşkil etmək, günümüzdə sosial kibertəhlükəsizliyin, dezinformasiyanın vacib rolu, bu sahədə baş verən mənfi hallarla mübarizə aparma üsulları haqqında cəmiyyəti maarifləndirməkdir.
Görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, qlobal informasiya texnologiyalarının və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin edilməsi mühüm məsələlərdən birinə çevrilib. Təşkilat sədri bu sahədə son illər ərzində Azərbaycanda əhəmiyyətli işlər görüldüyünü, ölkənin milli kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və beynəlxalq trendlər nəzərə alınmaqla inkişaf etdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları və assosiasiyaları tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizin kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldiyini qeyd edib.
Görüşdə bu sahənin ekspertləri Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının müəllimi Zümrüd Əlizadə və Strateji Kommunikasiyalar üzrə mütəxəssis, MediaPost Informasiya Agentliyinin təsisçisi Anar Əskərov mövzu ilə bağlı ətraflı mühazirə ilə çıxış edərək kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar, həmçinin dezinformasiyanın insan hüquqları ilə birbaşa bağlı olmasından, bu sahədə dünyada və ölkəmizdə görülən işlərdən, informasiya axınının keyfiyyətli xarakter alması üçün aparılan mübarizədən geniş bəhs etdilər. Hər iki ekspert çıxışları və təqdim etdikləri slaydlarla görüş iştirakçılarını rəqəmsal məkanda və sosial mediada insanların başlıca hüquqları, kibertəhlükəsizliyə riayət edərək sosial mediadan düzgün istifadənin əsasları və digər məqamlarla tanış ediblər.
Görüşdə “SƏS” Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev son illərdə ölkəmizdə həm dövlət, həm də özəl sektorda kibertəhlükəsizlik sahəsinin vacibliyi vurğulayıb və bu istiqamətdə artıq bir çox yenilikçi dünya təcrübəsinin tətbiqinə başlanıldığını qeyd edib. Natiq, həmçinin, kiber¬cinayətlərə və dezinformasiyaya qarşı mübarizənin vacibliyindən söz açıb.
Görüş diskussiya formatında davam edib.
Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

