Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür
24.05.2023 [11:16]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
105 il bundan öncə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın istiqlal tarixində ən şanlı səhifələrdən biridir. Qısa müddətli mövcudluğuna baxmayaraq, tariximizdə geosiyasi dönüş nöqtəsi yaradan və bugünkü müstəqil dövlətçiliyimizin ideoloji təməllərini qoyan Azərbaycan Xalq Cümhuriyyəti bizim qürur mənbəyimizdir. Qoca Şərqin tarixinə adını ilk demokratik dövlət kimi əbədilik həkk etmiş Azərbaycan Xalq Cümhuriyyəti o dövrün bir çox qabaqcıl ölkələrinə belə nümunə göstərilə biləcək bir dövlət olmuş, sosial-siyasi yeniliklərə, hüquqi-demokratik təsisatlara imza atmışdır. Qadınlara səs hüququnun verilməsi, çoxpartiyalı parlament, peşəkar ordu, təhlükəsizlik orqanları, ilk müasir tipli universitet – bütün bunlar Şərq dünyasında ilk dəfə məhz Azərbaycan Xalq Cümhuriyyətinin timsalında təşəkkül tapmışdır. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək siyasi mədəniyyətinin bariz təcəssümü idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Xalqımız sonrakı bütün tarixi boyu Cümhuriyyətin zəngin irsini yaşadaraq, bir dəfə qalxan müqəddəs üçrəngli bayrağımızı yenidən başı üzərinə qaldırdı.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamaq üçün böyük səy göstərdi. Ulu öndər Heydər Əliyev deyirdi: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.
XX əsrin sonlarında mənfur erməni daşnak birləşmələrinin hərbi-siyasi təcavüzünə məruz qalan Azərbaycan xalqı doğma torpaqlarını qorumaq, imperiya əsarətindən qurtulmaq üçün yenidən milli-azadlıq yoluna qədəm qoydu və dövlət müstəqilliyini bərpa etdi. Lakin əzəli və əbədi Azərbaycan torpaqlarının bir-birinin ardınca işğal edilməsi, ermənilərə havadarlıq göstərənlər tərəfindən ölkəmizə qarşı siyasi təzyiqlər, beynəlxalq ayrı-seçkilik, daxildəki siyasi qeyri-sabitlik, dərin sosial-iqtisadi böhran davam edir, müstəqil dövlətimizi yeni-yeni sınaqlara çəkirdi. Belə bir çətin və mürəkkəb siyasi şəraitdə xalqın yekdil rəyi və çağırışı ilə respublika rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev öz dərin və uzaqgörən siyasəti ilə dövlətimizin müstəqilliyini və suverenliyini qoruyaraq, xilaskarlıq missiyasını yerinə yetirdi. Xalqımızın ümummilli liderinin qəbul etdiyi müdrik qərarlar dövlətçiliyimizin əsaslarını möhkəmləndirdi, Azərbaycanın nicat və davamlı inkişaf yolunu müəyyənləşdirdi. Onun yorulmaz səyləri sayəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, cəbhə bölgəsində atəşkəs əldə edildi və ölkəmizin iqtisadi qüdrətinin əsasını qoyan taleyüklü enerji müqavilələri imzalandı. Ulu öndər Heydər Əliyevin Azərbaycanı inkişaf və tərəqqi zirvəsinə aparan siyasi-iqtisadi kursu bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Artıq beynəlxalq birliyin bərabərhüquqlu üzvü olan Azərbaycan təkcə yaşadığımız regionda deyil, bütün dünyada özünə layiqli yer tutan nüfuzlu, müasir və güclü bir dövlətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qətiyyətli və müdrik komandanlığı altında rəşadətli ordumuz üç il öncə uğurlu əks-hücum əməliyyatları keçirərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, soydaşlarımızın 30 illik Vətən həsrətinə son qoydu. Bu Böyük Zəfər Prezidentimizin müdrik və uzaqgörən siyasət xəttinin, öz liderinin arxasınca inamla addımlayan xalqımızın sarsılmaz birliyinin, qətiyyətli rəhbərinə, qüdrətli və müzəffər Ali Baş Komandanına bəslədiyi sonsuz inam və etimadının qələbəsidir. Bu Zəfər ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda qazandığı misilsiz nailiyyətlərin labüd nəticəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə və Ağdamada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bu əmanəti qoruyub saxlamaqsa hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

