Azərbaycan və Litva Respublikaları arasında əlaqələr genişlənir
24.05.2023 [11:14]
Azərbaycan Respublikasında iqtisadiyyatın elə bir sahəsi yoxdur ki dinamik inkişafda olmasın . Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla həyata keçirilən sosial-iqtisadi kurs əvvəlki illərə xas olan ardıcıllıqla ölkə iqtisadiyyatının artımını təmin etməklə xalqın maddi rifahının durmadan yaxşılaşmasını şərtləndirmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Litva Respublikası ilə əməkdaşlığa xüsusi önəm vermişdir. Azərbaycan Litva Respublikası ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən Litva respublikası ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib. Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur.
Bu günlərdə Prezident İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən maraqlı görüşlər əməkdaşlıq formatının genişlənəcəyini göstərir. Azərbaycanın və Litvanın dövlət başçıları İlham Əliyevin və Gitanas Nausedanın iştirakı ilə keçirilən biznes forumunda iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı önəmli açıqlamalar da deyilənləri təsdiqləyir. Prezident Gitanas Nausedanın bildirdiyi kimi, ikitərəfli və sağlam etibarlı münasibətlər əsasında inkişaf edən Azərbaycanla Litva arasındakı dostluq qitə dövlətlərinin birliyi üçün də mühüm vasitədir.
Azərbaycanla Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. İki ölkə arasında iqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlar var ki, bundan da gələcəkdə maksimum səviyyədə istifadə olunması qarşıya prioritet vəzifə olaraq qoyulyb. Bütün bunların nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında oynadığı rolu daha da artacaq. Azərbaycan-Litva münasibətləri yeni mərhələyə qədəm qoyur. Sözsüz ki, hər iki ölkənin imkanları qarşılıqlı maraq yaradır, əməkdaşlıq üçün ciddi potensial deməkdir və bu potensial dövlətlər arasındakı münasibətləri daha sıx, eyni zamanda uzunmüddətli mərhələyə daşıyacaq. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini görərik. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi artan mövqeyinin, rolunun təqdimatıdır. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə olduğunu bildirən Avropa İttifaqının təmçilçiləri bildirirdilər ki, Azərbaycan öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir.
Məqsədyönlü şəkildə apardığı daxili və xarici siyasət Möhtərəm Prezidentimiz İlham Əliyevin dünya siyasətçiləri arasında birincilər sırasında olduğunu bir daha göstərir.
YAP Tərtər rayon təşkilatının sədri- Eldar Əsədov
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

