Yeniyetmələr arasında şahmat turniri keçirildi
17.05.2023 [20:04]
10-16 may 2023-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı və Qazax – Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında şahmat üzrə rayon turniri keçirildi. İsveçrə sistemi üzrə keçirilən, 4 yaş qrupu üzrə 150 nəfərdən artıq yeniyetmənin iştirak etdiyi turnirə may ayının 17-də yekun vuruldu və qaliblər mükafatlandırıldı.
Tədbirin əvvəlində iştirakçılar müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər çiçək dəstələri düzdülər və Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiridilər.
Tədbiri Qazax – Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Nizami Hüseynov açaraq tədbirin məqsəd və mahiyyəti barədə ətraflı məlumat verdi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ölkəmizdə idmana və gənclərə göstərilən diqqət, qayğıdan da geniş bəhs etdi.
Rayon təşkilatının sədri Azərbaycanda zəngin tarixə malik olan şahmat idman növünün ötən əsrin 70-ci illərindən üzü bəri inkişaf etdiyini, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi bu idman növünə də xüsusi diqqət yetirildiyini bildirdi. Natiq qeyd etdi ki, Ulu Öndər daim gənc şahmatçılara xüsusi diqqət yetirmiş, şahmatçılarımızı qəbul edərək onların inkişafı üçün mühüm tapşırıqlarını vermiş və bu sahəni həmişə diqqət mərkəzində saxlamışdır. İndi həmin uşaqlar dünyanın sayılıb - seçilən yüksək reytinqli qrossmeysterlərinə çevrilib. Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, Azərbaycanın hər yerində şahmat məktəblərinin açılmasında, yeni - yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb. Görülən işlərin nəticəsidir ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir. Azərbaycan şahmat məktəbinin yetirmələri bir çox beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tutur, fəxri kürsüdə təbrikləri qəbul edirlər. Onların qələbələri şərəfinə müxtəlif ölkələrdə Azərbaycan bayrağı yüksəklərə qaldırılır, dövlət himnimiz səsləndirilir. Sevindirici haldır ki, əsası Heydər Əliyev tərəfindən qoyulan gənclərə, idmana, şahmata olan yüksək diqqət və qayğı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi məhz, bu idman növünün inkifaşının yeni mərhələsi oldu.
Sonda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev qalibləri, onların müəllim və məşqçilərini, tədbirdə iştirak edən valideynləri təbrik edərək onlara ən xoş arzularını bildirdi.
Turnirdə müxtəlif yaş qrupları üzrə 1-ci, 2-ci, və 3-cü yerləri tutan şahmatçılara diplomlar təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

