Azərbaycan-Tacikistan əlaqələri müdrik rəhbərlik sayəsində inkişaf etməkdədir
13.04.2023 [13:56]
Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacik-fars ədəbiyyatının klassikləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanıb.
Dərin tarixi köklərə söykənən Azərbaycan - Tacikistan əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr nəticəsində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurmuş və xalqlarımızın rifahına xidmət edən mühüm nailiyyətlər qazanılmışdır.
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasına növbəti səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Dövlət səfəri ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə xidmət edəcək. Danışıqların gedişində ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətraflı nəzərdən keçirilmiş, hır iki ölkə üçün aktual olan bütün məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlər Azərbaycan-Tacikistan əlaqələrinin hüquqi bazasının möhkəmləndirilməsini və tamamlanmasını təmin edəcəkdir.
Səfər zamanı əldə edilən razılaşmalara uyğun olaraq ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi planlaşdırılmış, investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri müəyyən edilmişdir. Tacikistan Prezidenti Energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduğunu bəyan etmişdir.
Sənaye kooperasiyası sahəsində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğu vurğulanmışdır.
Tacikistan Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə edərək dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artırmağı planlaşdırır.
Azərbaycanla Tacikistan bir çox regional təşkilatlarda, həmçinin, TRACECA kimi beynəlxalq proqramda faydalı əməkdaşlıq edirlər. Səfər zamanı regional və beynəlxalq xarakterli aktual məsələlərin bütün məcmusuna dair fikir mübadiləsi aparılmlış, beynəlxalq və regional təşkilatlar məkanında bundan sonra da qarşılıqlı fəaliyyət göstərilməsinin, ilk növbədə, BMT-də ölkələrimizin bir-birini qarşılıqlı dəstəkləmək praktikasını davam etdirməyin zəruriliyi qeyd edilmişdir.
Dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri də əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

