Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi şəkildə nəzərdən keçirməyə hazırdır
10.04.2023 [11:00]
“Vətən müharibəsindəki parlaq qələbədən sonra Azərbaycanın nəqliyyat-logistika imkanları daha da genişləndi. Xüsusilə də, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi Azərbaycanı Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirdi. Eyni zamanda, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Bu mənada təsadüfi deyil ki, bu gün Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir. Bu da Azərbaycana marağı getdikcə artırır və ölkəmizin sözügedən nəqliyyat-logistika xəttində yerləşən dövlətlərlə münasibətləri daha da dərinləşir. Məhz bu kontekstdə Mərkəzi Asiya dövlətləri, xüsusilə də Tacikistanla münasibətlər xüsusi əhəmiyyətə malikdir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan ilə Tacikistanı tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir: “Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Həmçinin iki ölkə arasında münasibətlərinin uğurlu inkişafı məhz ötən əsrin 90-cı illərinin əvvəllərindəki çətinliklərin, ictimai-siyasi sabitliyin pozulmasının, vətəndaş müharibəsinin nəticəsidir. Məhz, həmin dövrdə Azərbaycanda ümummilli lider Heydər Əliyev, Tacikistanda isə Prezident Emoməli Rəhmon xaos, anarxiya, özbaşınalıq vəziyyətini sabitlik və inkişaf səhifəsi ilə dəyişdilər. Bunun nəticəsidir ki, hazırda Tacikistan və Azərbaycan iki sabit dövlət olaraq inkişaf edirlər. Aprelin 5-də Tacikistanda səfərdə olan Prezident İlham Əliyev bu məsələyə toxunaraq deyib ki, Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Ölkələrin bugünkü uğurlu inkişafının arxasında məhz xalqların böyük liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər”.
“Bu gün Tacikistan və Azərbaycan nəqliyyat-logistika, sənaye kooperasiyasıa, investisiya layihələri sahəsində əməkdaşlıq edirlər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi şəkildə nəzərdən keçirməyə hazırdır. Elə Prezident İlham Əliyevin aprelin 5-də Tacikistana səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması da iki öllkə arasındakı əlaqələrin inkişaf etdirilməsi qətiyyətini nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxSosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05

