YAP Gənclər Birliyinin iclası keçirilib
07.04.2023 [18:08]
Aprelin 7-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin növbəti iclası keçirilib.
İclasda Gənclər Birliyinin 2023-cü ilin I rübü ərzindəki fəaliyyəti təhlil edilib və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər müzakirəyə çıxarılıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Birliyin cari ilin ilk 3 ayı ərzində gördüyü işlərin məhsuldar olduğunu bildirib. Qeyd edib ki, yanvar ayında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının dəvəti ilə Türkiyənin Ankara şəhərində səfərdə olan YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin Prezidenti, AK Parti Sədri Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. B.İslamov bu səfərin hər iki ölkənin hakim partiyalarının gənclər təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Ötən ilin əvvəlindən ali təhsil müəssisələrində “YENİ Klub”ların formalaşdırılması prosesinə başlanıldığını qeyd edən Bəxtiyar İslamov bu istiqamətdə həyata keçirilən fəaliyyət haqqında məlumat verib. B.İslamov qeyd edib ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır. Bu məqsədlə fevral ayı ərzində “YENİ Klub”ların tərkibində fəaliyyət göstərəcək gənclərin müəyyənləşdirilməsi üçün bir sıra müsahibələr və təlimlər keçirilib. İlkin mərhələdə 11 ali təhsil müəssisəsinin nəzdində “YENİ Klub”ların təsis toplantısının keçirildiyini vurğulayan B. İslamov bu təşəbbüsün gələcəkdə də davam etdiriləcəyini bildirib.
İclasda iştirak edən “YENİ Klub”ların rəhbərləri onlara göstərilən etimada və dəstəyə görə YAP Gənclər Birliyinə öz təşəkkürlərini bildiriblər. Birliyin üzvləri öz növbəsində “YENİ Klub”ların rəhbərlərinə uğurlar arzulayıblar.
Sonda YAP Gənclər Birliyinin qarşıdakı dövrdə həyata keçirəcəyi fəaliyyətə dair müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06

