Nərimanov rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
31.03.2023 [16:30]
YAP Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbiri keçirilib.
Tədbirdən öncə Odlar Yurdu Universitetinin tələbəlirinin əl işlərindən ibarət 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlib, daha sonra Ulu Öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, Azərbaycanlılara qarşı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra tədbirdə 31 Mart soyqırımı zamanı Azərbaycanlılara qarşı erməni vandalları tərəfindən törədilmiş vəhşiliyi özündə əks etdirən video-çarx izlənilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək bildirib ki, tariximizin müəyyən dövrlərində ermənilər mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirmişlər. Samir Vəliyev vurğulayıb ki, xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Onun sözlərinə görə, həmin vaxt on minlərcə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə məhv edilib: “Həmçinin yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə yeksan edilib. Kütləvi qətllər və talanlar Bakı ilə yanaşı, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə də törədilib”.
Təşkilat sədri vurğulayıb ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci ildə Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb: “Eləcə də həmin Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Eyni zamanda dövlətimizin başçısı cənab İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncamla Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradıldı. Bütün bunlar erməni şovinizmi və terrorizminin ifşa olunması və dünyaya çatdırılması, xalqımızın gələcək nəsillərinin milli yaddaşının qorunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətli addımlardır”.
Samir Vəliyev qeyd edib ki, Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində ermənilərin xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı layiqincə verildi.
Tədbirdə digər çıxış edənlər ermənilərin Azərbaycan ərazisinə köçürülməsinin tarixindən və məqsədlərindən, bu siyasətin acı nəticələrindən, 1918-ci il mart soyqırımından, həmçinin 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qüdrətindən, Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

