Ağdamda Soyqırım qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib
31.03.2023 [15:54]
31 mart 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “31 Mart- Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş anım tədbiri keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları iştirak etmişlər.
Tədbir soyqırım qurbanlarının, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 1918-ci ilin mart hadisələrinə aparan tarixi şəraitdən, xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin uzun illər məqsədli şəkildə saxtalaşdırılması və ört-basdır edilməsindən, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1918-ci il Mart Soyqırımlarına siyasi, hüquqi qiymət verilməsindən geniş söhbət açmış, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına dair imzaladığı Sərəncamdan bəhs etmişdir.
Daha sonra YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev öz çıxışında bildirdi ki, erməni terrorçuları tarixən xalqımıza qarşı nifrətlərini qətlyamlar, faciələr, soyqırımlar törətməklə biruzə veriblər. Çürük erməni xislətinə xas olan vandalizm, vəhşilik zaman-zaman xalqımızın faciələr yaşamasına, günahsız insanların qətlinə səbəb olmuşdur. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ildə daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Mansur Quliyev öz çıxışında qeyd etdi ki, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü hər il təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunur.
Digər çıxış edənlərdən Ağdam rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov və başqaları öz çıxışlarında erməni vandalizminin heç bir zaman sərhəd tanımadığını, 31 mart soyqırımının xalqımıza qarşı törədilmiş amansız cinayət aktı olduğunu bildirdilər.
Xəbər lenti
Hamısına baxSosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57

