Yeni reallıqlar Türk dünyasının birliyini daha da möhkəmləndirir
27.03.2023 [11:33]
Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü Türk dünyasının birliyinin, Azərbaycan-Türkiyə qardaşlığının, o cümlədən tarixi həqiqətlərimizin, mövcud reallıqların dünyaya təqdimatı baxımından çox mühüm platforma oldu. Diqqəti 30 illik işğal, 44 günlük müharibə, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarına yönəldən Prezident İlham Əliyev bildirdi ki, işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub.
Hazırda işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir. Tarixi Zəfərimizdən sonra bu ərazilərimizdə olan hər kəs Azərbaycanın 30 ildə necə vəhşi bir millətlə üz-üzə dayandığını görür, bundan heyrətlərini gizlətmirlər. Bütün tikililər tamamilə dağıdılıb. Bu gün həmin torpaqlar yenidənqurma-bərpa dövrünü yaşayır. Bu ərazilərə yeni nəfəs gəlir. Azərbaycan xalqı bir daha qurub-yaradan xalq olduğunu dünyaya nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə bütün işlər müasir dövrün tələbləri əsasında həyata keçirilir. Dövlət başçısı İlham Əliyev bu torpaqlarda bərpa-quruculuq işlərinə başlayanda belə bir çağırışı etdi ki, dost ölkələrin bu prosesdə iştirakını istərdik.
Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib. Zirvə görüşündə bu kimi məqamlara diqqəti yönəldən cənab İlham Əliyev, eyni zamanda, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını ifadə etdi və bildirdi ki, yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır.
Göründüyü kimi, tarixi Zəfərimizin reallıqları fonunda türkdilli dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir, əməkdaşlıqda yeni prioritetlər müəyyənləşdirilir. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Tədbirin sonunda qəbul olunan Ankara Bəyannaməsində Zirvə görüşünün dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə keçirildiyi xüsusi qeyd edilərək gələcək atılacaq addımlar təqdim edildi. Bu sənəd türkdilli dövlətlər arasında əlaqələrin inkişafında yol xəritəsi kimi dəyərləndirilir. Ankara Bəyannaməsində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk dünyasının birliyi və həmrəyliyinə, eləcə də təhlükəsizliyi və rifahına verdiyi güclü və davamlı töhfələrinə, Türk Dövlətləri Təşkilatının birlik ruhunun gücləndirilməsində möhkəm liderliyinə görə təşəkkürlərini bildirərək gələcək seçkilərdə uğurlar arzuladılar.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

