Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu var
10.03.2023 [16:10]
Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır. Seçkilərə beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən verilən obyektiv qiymət də özlüyündə mütərəqqi bir seçkinin keçirildiyindən xəbər verir. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
10 mart 2020-ci il tarixdə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab Prezident İlham Əliyev bildirmişdir ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar qaçılmaz idi.
Seçkilərdən ötən üç il müddətində qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən çox böyük işlər görülmüşdür. Burada da məqsəd Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulmasıdır. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşımışdır. Davamlı olaraq kadr islahatları aparılır, bəzi yerli icra orqanlarında müşahidə olunan neqativ və xoşagəlməz halların qarşısı alınır.
Hələ iki il öncə altıncı çağırış Milli Məclisin birinci iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdi ki, dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Eyni zamanda, dövlət başçısı siyasi sistemin daha da gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin vacibliyinə də diqqət çəkmişdi. Bu mənada, seçkilərdən ötən müddət ərzində qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atıldı, ən əsası isə “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edildi. Bu qanun həm formalaşan yeni siyasi konfiqurasiyanın tələblərinə uyğun oldu, həm də qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini real hadisəyə çevirdi. Qanun Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulmasına, eləcə də çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektrinin formalaşmasına əsaslar yaratdı.
Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacağını vurğulayan dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.
Yeni formalaşan parlamentdə isə Yeni Azərbaycan Partiyasının üstün çoxluğuna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyəsi ilə digər partiyaların nümayəndələri Milli Məclisin sədarətində və komitələrin rəhbərliyində təmsil olunmağa başladılar. Sözsüz ki, bu addlm çoxpartiyalı siyasi sistemin güclənməsində və demokratiyanın inkişafında mühüm addım oldu.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

