Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə
20.02.2023 [10:44]
Bu gün dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi, enerji asılılığından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın böyük bir qitənin etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir. Ümumilli Lider Heydər Əliyevin formalaşdırdığı təməllər üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir. Dövlət başçısının da ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Hazırda Azərbaycanın enerji ölkəsi kimi inkişafında yeni mərhələ başlanıb. Son illər Azərbaycanda generasiya güclərinin artırılması, habelə elektrik enerjisi ilə təchizatda etibarlılığın və dayanıqlılığın gücləndirilməsi ilə bağlı yeni layihələrin təməlinin qoyulması əlamətdar hadisəyə çevrilmişdir. Belə ki, ötən ilin yanvarında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının, mart ayında isə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən inşa olunan 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulmuşdur. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma prosesinin tərkib hissəsi kimi yeni generasiya gücləri yaradılmaqdadır. Ölkəmizdə icra edilən elektrik enerjisi layihələrinin sırasına fevralın 13-də biri də əlavə olundu. Həmin gün müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük istilik-elektrik stansiyasının təməlqoyma mərasimi keçirildi. Bu istilik elektrik stansiyası Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı sərəncama əsasən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki "Azərbaycan" İES-in ərazisində yaradılır.
Qeyd edək ki, respublikamızda generasiya güclərinin artırılması Prezident İlham Əliyevin inkişaf siyasətinin prioritetlərindən birini təşkil edir. Təsadüfi deyil ki, regionların inkişafına dair dövlət proqramlarında bununla bağlı vəzifələr və hədəflər qarşıya qoyulub. Bu illərdə ölkəmizin müxtəlif yerlərində kiçik su-elektirk stansiyaları, o cümlədən modul tipli stansiyalar da tikilib ki, onlar da artan iqtisadi potensiala adekvat olaraq respublikamızın yüksəlişinə böyük töhfələr verir. Təməlqoyma mərsimindəki çıxışında Prezident İlham Əliyev bu barədə fikirlərini belə qeyd etmişdir: “Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Sadəcə olaraq, müqayisə üçün deyə bilərəm ki, hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafımız sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik”.
Həmçinin, Prezident İlham Əliyev çıxışında qeyd edib ki, "Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya, əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin". Dövlət başçısı bildirib ki, Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.
Bir sözlə, Azərbaycan elektrik enerjisini artıq qonşu ölkələrə, o cümlədən Avropaya ixrac edə bilir. İxrac potensialı, ixracat ildən-ilə artır. Bütün bunlar Prezident İlham Əliyevin praqmatik siyasətinin göstəriciləridir. Bizi dəstəkləyən ölkələri iqtisadi tərəfdən də özümüzə yaxın hesab edirik. İqtisadi layihələrdə maraqlar artanda siyasi dəstək də artır. Bu, beynəlxalq siyasətdə ən uğurlu addımlardan biridir.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

