Azərbaycan qaz ixracatını sürətlə artırır
10.02.2023 [11:36]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Bu gün Prezident cənab İlham Əliyevin apardığı uğurlu və düşünülmüş xarici siyasət nəticəsində Azərbaycanla dostluq, tərəfdaşlıq münasibətləri quran dövlətlərin sayı gündən günə artmaqdadır. Avropa ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan qaz ixracatını sürətlə artırır. Ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu qeyd olunan artımın bariz göstəricisidir.
3 fevral 2023-cü il tarixdə Bakı şəhərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 1-ci iclası keçirildi. Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsininin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır.
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirdə çıxış edən Prezident cənab İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çoxlu dəyişikliklər baş verib, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsinə çevrilib. Cənab Prezidentin sözlərinə görə, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılıb. Biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir.Cənub Qaz Dəhlizi fəaliyyətə başladığı gündən bu günə qədər layihəyə qoşulmaq istəyən dövlətlərin sayıda artmışdır. Azərbaycan tərəfindən həyata keçirilən Cənubi Qaz Dəhlizi layihəsinin qlobal siyasi əhəmiyyətini, iqtisadi səmərəliliyini və cazibədarlığını bir daha sübut edir. Əminliklə deyə bilərik ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası Avropaya yeni mənbədən nəhəng bir dəhlizlə təbii qazın tədarükü ilə bağlı missiyasının öhdəsindən uğurla gəlir. Cənub Qaz Dəhlizi sabit enerji təchizatının unikal elementidir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın təbii qazına tələbat Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir.
Azərbaycan dünya miqyasında digər sahələrdə olduğu kimi enerji təhlükəsizliyi sahəsində də etibarlı tərəfdaş kimi tanınır və ölkəmiz tərəfindən böyük enerji layihələri uğurla icra olunur. Həmçinin ölkəmiz enerji təhlükəsizliyi baxımından Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15

